Burkina-Fasoda terrorçular 200-ə qədər insanı qətlə yetiriblər

26
Avq
05:18
thumb_down 0

Burkina-Fasonun Sanmatenqa əyalətinin Barsaloqo kommunasına silahlı terrorçu qrupların hücumu nəticəsində 200-ə qədər insan həlak olub.

seher.media xəbər verir ki, bu barədə "RFI" radiostansiyası Afrika respublikasının təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, hücum şənbə günü, avqustun 24-də baş verib. Ölənlər arasında mülki vətəndaşlar, əsgərlər və könüllülər də var. Eyni zamanda, bir neçə hərbçi də itkin düşüb.

Məlumata görə, xəsarət alan azı 140 nəfər tibb müəssisələrinə yerləşdirilib.