Lerik sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb

30
Avq
14:18
thumb_down 0

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi istiqamətində Lerik Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən əməliyyat-profilaktiki tədbirlər davam etdirilir.

seher.media xəbər verir ki, keçirilən növbəti profilaktiki tədbirlər nəticəsində son bir ay ərzində 13 nəfər rayon sakinindən müvafiq sənədləri olmayan müxtəlif markalı ov tüfəngləri aşkarlanıb, 7 nəfər isə qanunsuz saxladığı ov silahını könüllü olaraq polisə təhvil verib.

Ümumilikdə isə, cari ilin ötən dövrü ərzində Lerik RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat və profilaktiki tədbirlər nəticəsində 3 ədəd "Kalaşnikov" avtomatı və qanunsuz saxlanılan 31 ədəd ov tüfəngi götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.