Sumqayıtda 101 yaşlı seçici səs verib

1
Sen
19:18
thumb_down 0

Sumqayıt şəhərində 101 yaşlı seçici səs verib.

"Report"un məlumatına görə, 44 saylı Sumqayıt üçüncü seçki dairəsi üzrə qeydiyyatda olan ən yaşlı seçici, 1923-cü il təvəllüdlü Zəri Həsən qızı Xudiyeva səsvermə hüququndan istifadə edib.

Qeyd olunub ki, Zəri Xudiyevanın evinə həmin dairənin 16 saylı seçki məntəqəsindən daşınan seçki qutusu aparılıb və o, səs verib.

Sumqayıt şəhəri üzrə seçicilərin 3 641 nəfərinin yaşlı nəslin nümayəndəsi olduğu bildirilib.