Abşeronda 92 yaşlı seçici səs verdi

1
Sen
19:36
thumb_down 0

Xırdalan şəhər sakini olan 92 yaşlı seçici növbədənkənar parlament seçkisində səsvermə hüququndan istifadə edib.

"Unikal" xəbər verir ki, 1932-ci il təvəllüdlü Lətif Cabbar oğlu Əliyev 49 saylı Abşeron ikinci seçki dairəsinin 2 saylı seçki məntəqəsində səs verib.

Səs verməsi üçün yaşadığı evə daşınan seçki qutusunun gətirilməsi təklif olunsa da, 92 yaşlı seçici bu təklifi qəbul etməyib.

O, məntəqəyə gedərək şəxsən səs vermək istədiyini bildirib.

"Uğrunda əsgərlərimizin qarış-qarış vuruşub qan tökdüyü Vətən torpağının bütövlüyü bərpa olunandan bəri ilk dəfə keçirilən parlament seçkisində şəxsən iştirak etməliydim. Bunu özümə borc bilirəm" , - L.Əliyev söyləyib.