Bakı metrosunda dəhşətli hadisə: Qatar relslərə yıxılan vətəndaşın üstündən keçdi

2
İyn
13:54
thumb_down 0

Metronun "28 May" stansiyasında qatar yoluna düşən sərnişin ölüb.

Bu barədə seher.media-a "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Qeyd edilir ki, onun meyiti stansiya yolundan çıxarıldıqdan sonra hərəkət bərpa olunacaq.

Hadisə ilə əlaqədar xətlərdə yubanma olub, qatarların hərəkəti artıq bərpa olunub.

13:36

Bakı metrosunun "28 May" stansiyasından üzü "Həzi Aslanov" stansiyası istiqamətində gedən qatar yolunda sərnişin relslərin üzərinə yıxılıb.

seher.media-ın məlumatına görə, yaranan vəziyyətlə əlaqədar xətlərdə yubanma var.

Bildirilir ki, qatar həmin şəxsin üstündən keçib, lakin onun vəziyyəti hazırda məlum deyil.

Məsələ ilə bağlı əlavə məlumat veriləcək.