Masazır qəsəbəsində güclü yanğın

3
İyn
17:18
thumb_down 0

Abşeron rayonunun Masazır qəsəbəsində yanğın başlayıb.

seher.media xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb.

Fövqəladə Hallar Nazirliyindən seher.media-ın sorğusuna cavab olaraq bildirilib ki, "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub:

"Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək".

Həmin görüntüləri təqdim edirik:

Nəzrin Vahid