Kürdəmirdə kombaynla avtomobil toqquşub: Xəsarət alan var

4
İyn
11:18
thumb_down 0

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Kombaynla "Ford" markalı maşın toqquşub.

İlkin məlumata görə, hadisə zamanı "Ford"un sürücüsü xəsarət alıb. O, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.