46 aptekdə yoxlama aparılıb, beşində nöqsanlar aşkarlanıb

4
İyn
18:54
thumb_down 0

Ötən ay 46 aptekdə yoxlamalar aparılıb, beşində nöqsanlar aşkarlanıb.

seher.media xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yoxlamalar Bakı şəhəri üzrə 29, respublikanın digər şəhər və rayonlarında isə 17 aptekdə olub. Üç aptekdə plandankənar yoxlama həyata keçirilib. Yoxlamalar zamanı beş aptekdə nöqsanlar aşkarlanıb.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1-ci, 452.3-cü, 452.4-cü maddələri üzrə protokollar tərtib edilib.