Xaçmazda avtomobil hasara girdi: Yaralılar var

5
İyn
02:18
thumb_down 0

Xaçmazda yol ayrıcında qəza baş verib, xəsarət alanlar var.

APA xəbər verir ki, hadisə A.Ələsgər küçəsi ilə M.Ə.Rəsulzadə küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, Ceyhun Ehtiram oğlu Kərimovun idarə etdiyi "Hyundai-Avante" markalı minik avtomobili ilə hərəkətdə olarkən yol ayrıcında 1956-cı il təvəllüdlü Hacıgül Abgül oğlu Hacıyevin idarə etdiyi VAZ-21099 markalı minik avtomobilinə çırpılıb.

Zərbənin təsirindən VAZ-21099 yol kənarındakı səki ilə hərəkət edən piyada 1956-cı il təvəllüdlü Telman Zabit oğlu Balayevi vurub.

"Hyundai-Avante" isə yaşayış evinin hasarını dağıdıb. Nəticədə ağır xəsarət alan iki nəfər xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.