Nəsimi rayonunda avtomobil qadını vuraraq ağır xəsarət yetirib

5
İyn
09:36
thumb_down 0

Bakının Nəsimi rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, yolu keçən 1967-ci il təvəllüdlü Rəna Vaqif qızı Hüseynovanı avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.