Pirallahıda üç yaşlı uşağı avtomobil vurub

6
İyn
09:18
thumb_down 0

Bakının Pirallahı rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, 2021-ci il təvəllüdlü Ə.M. özünü qəflətən hərəkətdə olan avtomobilin qarşısına atıb.

Nəticədə avtomobil azyaşlını vuraraq xəsarət yetirib.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Hadisənin təfərrüatı araşdırılır.