İyunun 7-9-da rayonlara leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

6
İyn
13:00
thumb_down 0

Azərbaycanın rayonlarında iyunun 7-si günün ikinci yarısından 9-u axşamadək, əsasən, dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən seher.media-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə (Daşkəsən-Gədəbəy, Şərqi Zəngəzur, Qarabağ, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Naxçıvan MR) yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.