Qusarda avtomobil yeddi yaşlı uşağı vurub öldürdü

7
İyn
08:18
thumb_down 0

Qusar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan seher.media-a verilən məlumata görə, iyunun 6-ı saat 18:30-da Qusar rayonu ərazisində rayon sakini Şənlik Qaziyev idarə etdiyi ISUZU markalı avtomobil ilə yolu keçən piyada 2017-ci il təvəllüdlü rayon sakini S.Lətifovu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxs hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.