TƏBİB-in icraçı direktoru: "Bakıdakı bir sıra poliklinikalarda təmir işləri aparılır"

8
İyn
12:54
thumb_down 0

"Nərimanov Tibb Mərkəzində təmir işləri davam edir. Məqsədimiz odur ki, ilin sonunadək bu mərkəzdə təmir işləri yekunlaşsın".

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.

V.Qurbanov, həmçinin Bakı şəhərindəki bir sıra poliklinikalarda da təmir işləri aparıldığını bildirib.

Onun sözlərinə görə, əvvəllər 5 saylı doğum evi kimi tanıdığımız Bayıl ərazisindəki doğum evində hazırda təmir işləri həyata keçirilir:

"Təmirə başlamış xəstəxanalarımızın ilin sonuna qədər vətəndaşların istifadəsinə verilməsini istəyirik".