“by SHAHBAZOV” RESTORANININ SAHİBİNDƏN SAYTLARA XƏBƏRDARLIQ

9
İyn
00:05
thumb_down 0

  Son günlər sifarişli yazılarla xidmət sahəsində nüfuzdan salınmağa çalışılan “by SHAHBAZOV” restoranının sahibi Azər bəy yayılan məlumatla bağlı öz açıqlamasını “SƏHƏRMEDİA” xəbər portalına bildirib.

Binəqədi rayonu, Eldar Babayev 4a unvanında yerləşən “by SHAHBAZOV” restoranı ilə bağlı yazılan yazılar həqiqəti əks etdirmir, qərəzli və sifarışlidir. Azər bəy tirajlanan məlumatla bağlı aidiyyatı qurumlara müraciət etdiyini söyləyərək, sifarişli yazılar yazıb qarşı tərəfin fikrini öyrənmədən paylaşan saytlarla bağlı da hüquqi müstəvidə görüşəcəyini də qeyd etdi.

Biz “SƏHƏRMEDİA” olaraq sözügedən restoranın fəaliyyəti ilə yaxından tanış olmaq üçün həmin ünvana yollandıq. Sifarişli yazıda iddia olunan heç bir məsələ və həm də vurğulanan süni qiymət artımının reallığı əks etdirmədiyinin şahidi olduq.

Yüngül həyat tərzi keçirən insanların bu məkanda toplaşması iddiasına Azər bəy: “bu restoran hər kəsin üzünə açıqdır. Bura ailəvi məkandır, biz dəfələrlə ailə banketlərinə, kiçik yığıncaqlara ev sahibliyi etmişik. Restoranımız canlı müsiqi, güzəştli menyu paketləri, müştəri məmnuniyyətini üstün tutan personalımızla daim xidmətinizdədir” – deyə cavab verdi.

İddia edilən “masovka” qızlar barəsində isə Azər bəy, bu cür cəfəngiyat dolu xəbərin onların restoranı ilə heç bir bağlılığı olmadığını söyləyərək, belə iftiraya yol verən saytların cəzalanacağı ilə bağlı da qeyd edib.

WhatsApp Image 2024-06-08 at 23.56.38

“by SHAHBAZOV” RESTORANININ SAHİBİ AZƏR bəy

 WhatsApp Image 2024-06-08 at 23.56.26 (1)  WhatsApp Image 2024-06-08 at 23.56.27 

WhatsApp Image 2024-06-08 at 23.56.26