Masazırda yaşayış kompleksində YANĞIN: Sakinlər təxliyə edildilər

9
İyn
10:54
thumb_down 0

Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən "Qurtuluş-93" yaşayış kompleksində yanğın olub.

seher.media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən altımərtəbəli mansard tipli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzildə yanğın baş verdiyi və genişlənərək digər mənzillərə keçmə riskinin yüksək olduğu müəyyən edilib:

"Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb".

Məlumata görə, yanğın nəticəsində altımərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində ümumi sahəsi 60 kvadratmetr olan ikiotaqlı mənzilin bir otağının yanar konstruksiyaları 12 kvadratmetr sahədə yanıb, yüksək temperaturdan hamam otağının plastik qapısı, dəhlizin üzlüyü və tavanı beş kvadratmetr sahədə deformasiya edib. Təhlükəsizlik tədbirləri çərçivəsində beşi azyaşlı olmaqla 62 nəfər bina sakini təxliyə edilib. Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Masazırda yaşayış kompleksində YANĞIN: Sakinlər təxliyə edildilər

Masazırda yaşayış kompleksində YANĞIN: Sakinlər təxliyə edildilər