Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncama əsasən altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisi buraxıldı və 1 sentyabr tarixinə Milli Məclisə növbədənkənar seçkilər təyin olundu. VI çağırış Milli Məclis Prezident İlham Əliyevin parlamentin qarşısına qoyduğu tapşırıq və tövsiyələrə uyğun olaraq üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldi. Milli Məclisin sədri xanım Sahibə Qafarovanın rəhbərliyində parlament beynəlxalq parlament təsisatları ilə əməkdaşlıq etdi, pandemiya və müharibə şəraitində fasiləsiz fəaliyyət göstərdi. Deputat həmkarlarımla birlikdə mütəmadi olaraq vətəndaşlarla görüşlər keçirildi, ölkəmizin həqiqətləri beynəlxalq ictimaiyyətə catdırıldı. Millət vəkilləri olaraq, səlahiyyətlərimiz çərçivəsində hər zaman Sizə layiqli xidmət göstərməyə çalışdıq. Sizlərə etimadınıza görə minnətdaram.
Adil Əliyev sosial şəbəkədə paylaşım etdi: - "Sizlərə etimadınıza görə minnətdaram"
28
İyn
16:55
thumb_up
4
thumb_down
0