Birinci Qarabağ müharibəsində itkin düşmüş daha on şəhid dəfn ediləcək

9
İyl
16:36
thumb_down 0

Daha on itkin-şəhidin dəfn mərasimi keçiriləcək.

seher.media xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Şahin Talış oğlu Məmişov, Ələddin Bəhlul oğlu Paşayev, Usubəli Süleyman oğlu Qarayev, Nemət Musa oğlu Şahmuradov, Zakir Kamran oğlu Usubov Xocalı şəhəri Şəhidlər xiyabanında, İdris Osman oğlu Baxışov Quba rayonu, Qənidərə kəndində, Muğan Gəray oğlu Əliyev Füzuli rayonu, Çimən kəndində, İmaməddin Əliağa oğlu Əliyev Ağdaş rayonu, Pirəzə kəndində, Səfiyyə Müləzim qızı Rəhimova və Müsaddin Sədri oğlu Rəhimov Saatlı rayonu, Orta Muğan kəndində dəfn ediləcəklər.