Bakı Sağlamlıq Mərkəzi, Ürək Mərkəzinin rəhbəri Fərid Əliyevdən maddi ziyan tələb edilir.
Qaynarinfo xəbər verir ki, tələbkar Sevil Aydın qızı Quliyeva adlı vətəndaşdır.
O, bununla bağlı məhkəmə iddiası qaldırıb.
Onun iddiasına Nərimanov Rayon Məhkəməsində baxılacaq.
İş hakim Nərgiz Tağıyevanın icraatındadır.
Fərid Əliyev kifayət qədər tanınmış həkimdir.