Kürün sahilində yüzlərlə çətənə kolu məhv edildi

11
İyl
08:18
thumb_down 0

Şirvan rayonunda yabanı halda bitmiş çətənə kolları məhv edilib.

Bu barədə seher.media-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

"Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının "Xaşxaş-2024" şərti adı altında keçirdikləri əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Kür çayının sahilində yabanı halda bitən 475 ədəd çətənə kolu çıxarılıb və yandırılaraq məhv edilib", - məlumatda qeyd olunub.