Razi Nurullayev Fransanın milli bayramında iştirak edib

13
İyl
13:18
thumb_down 0

Ötən gün Fransanın Bakıdakı səfirliyində Fransanın milli bayramı qeyd edilib.

seher.media xəbər verir ki, tədbir Bastiliya qalasının alınması münasibətilə təşkil olunmuşdu. Səfirlik tərəfindən bir sıra ictimaiyyət nümayəndələrinə də dəvət göndərilmişdi.

İki ölkə arasındakı diplomatik münasibətlərin o qədər də yaxşı olmaması səbəbindən sözügedən dəvətə ictimai-siyasi xadimlərin, siyasət adamlarının qatılması cəmiyyət tərəfindən birmənalı qarşılanmır.

Bununla bağlı sosial şəbəkələrdə müxtəlif paylaşımlar edilib, paylaşımlarda isə VI çağırış Milli Məclisin deputatı Razi Nurullayevin də dəvətdə iştirak etdiyi iddia olunub.

İddiaların həqiqəti əks etdirib-etdirmədiyini dəqiqləşdirmək üçün Razi Nurullayevin özü ilə əlaqə saxladıq.

R.Nurullayev seher.media-a açıqlamasında Fransa səfirliyinin milli bayramına dəvət olunduğunu və tədbirdə iştirak etdiyini təsdiqləyib:

"Bəli, mən səfirlik tərəfindən dəvət olunmuşdur. Tədbirə getdim. Lakin, bizim dövlət nümayəndələrimizi orada görmədim və tədbiri erkən tərk etdim".

Könül Cəfərli