Fransaya mesaj: "Müstəqil olmaq bizim hüququmuzdur"

17
İyl
10:36
thumb_down 0

"Fransada yoxsulluq, miqrantlarla bağlı problemlər və daxili siyasətdə gərginliklər mövcuddur".

seher.media xəbər verir ki, bu barədə Yeni Kaledoniyanın xarici işlər naziri Mikael Forrest Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan şəxslərin iştirakı ilə Bakıda keçirilən birinci qurultayda çıxışı zamanı deyib:

"Qurultay vasitəsilə müzakirələr aparıb problemlərə həll yolu tapa bilərik. Bakı Təşəbbüs Qrupu bizə belə bir fürsət verib. Bu fürsəti yaxşı dəyərləndirməliyik".

Onun sözlərinə görə, kanakların siyasi məqsədi yeni dünya nizamının qurulmasına töhfə verməkdən ibarətdir ki, bu, dünya nizamında öz yerimizi tapa bilək:

"Bu isə o deməkdir ki, suveren və müstəqil olmaq bizim hüququmuzdur".