Sumqayıtda küçədə yıxılan 82 yaşlı qadın ölüb

23
İyl
18:18
thumb_down 0

Sumqayıtda küçədə yıxılan 82 yaşlı qadın 11 gün sonra ölüb.

APA xəbər verir ki, hadisə şəhərin 3-cü mikrorayonunda qeydə alınıb.

1942-ci il təvəllüdlü Tatyana Salmiyanovna Salmiyanova iyulun 12-də yıxılaraq xəsarət alıb.

Sumqayıt Şəhər 1 saylı Mərkəzi Xəstəxanasına yerləşdirilən qadın 11 gün sonra orada ölüb.

Fakt araşdırılır.