Sakinlərin DİQQƏTİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

23
İyl
22:18
thumb_down 0

Sabah Bakının 2 rayonunda və Sumqayıt şəhərinin bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

seher.media xəbər verir ki, bu barədə "Azəriqaz" İB-dən məlumat verilib.

Bildirilib ki, sabah saat 10:00-dan etibarən işlər başa çatanadək Suraxanı rayonu, "Bahar" və "Dədə Qorqud" yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Təmir- bərpa işləri eyni zamanda Binəqədi rayonu 7-ci Mikrorayon Abay Kunanbayev küçəsində və Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində də görüləcək. Bu baxımdan 24.07.2024-cü il saat 10:00-dan etibarən Binəqədi rayonunun Abay Kunanbayev, İlham Hacıyev, S.S.Axundov küçələrinin və Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.