Bakıda yaşayış binasında yanğın olub, xilasetmə qüvvələri cəlb olunub

24
İyl
00:36
thumb_down 0

Bakıda yaşayış binasında yanğın olub.

seher.media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Yaşayış binasında baş vermiş yanğın yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Həmin görüntüləri təqdim edirik: