Ceyranbatan kanalında boğulan yeniyetmənin paltarlarını ağaca asılı vəziyyətdə tapıblar

25
İyl
01:36
thumb_down 0

Ceyranbatan kanalında boğulan yeniyetmənin ölümü ilə bağlı bəzi detallar məlum olub.

Belə ki, 2010-cu il təvəllüdlü Sübhan Ramiz oğlu Mirzəyev anasına ürəyinin sıxıldığını və kanala gedərək çimmək istədiyini bildirib.

Anası onun bu istəyinə yox desə də, Sübhan dostları ilə birgə Samur-Abşeron kanalının Ceyranbatandan keçən hissəsinə yollanıblar.

Qohumu bildirib ki, ona dəfələrlə zəng etsələr də, əlaqə saxlaya bilməyiblər. Daha sonra Sübhanın geyimlərini və mobil telefonunu ağacda asılı vəziyyətdə tapıblar. Dostları ona kömək etməyə çalışsa da, sudan çıxara bilməyiblər.

Ətraflı APA TV-nin süjetində:

Ceyranbatan kanalında boğulan yeniyetmənin paltarlarını ağaca asılı vəziyyətdə tapıblar

Ceyranbatan kanalında boğulan yeniyetmənin paltarlarını ağaca asılı vəziyyətdə tapıblar

24 iyul, 23:28

14 yaşlı yeniyetmə Ceyranbatan kanalında çimərkən boğulub.

"Report" məlumat verir ki, 2010-cu il təvəllüdlü Sübhan Ramiz oğlu Mirzəyev Samur-Abşeron kanalının Ceyranbatandan keçən hissəsində çimərkən batıb, onun meyiti tapılaraq sudan çıxarılıb.