Ağır yanıq xəsarətləri alan Aişənin dəstəyə ehtiyacı var

25
İyl
16:36
thumb_down 0

Üç yaşlı Aişənin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə seher.media-a onun anası Gülşən Qədirova məlumat verib.

O bildirib ki, övladı ehtiyatsızlıq səbəbindən ağır bədən xəsarətləri alıb.

"Aişənin üç yaşı var. Bir müddət əvvəl o qaçarkən qaynar samovarı üzərinə aşırıb. Hadisə səbəbindən onun qolları və qarın hissəsi ağır şəkildə yanıb. Biz həmin gün Bakıda yerləşən xəstəxanalardan birinə yollandıq. Bir müddət orada müalicə aldıq. Hazırda evimizə çıxmışıq. Amma nə dərmanlarını, nə də mazlarını ala bilmirik. Mazları istifadə etmədikcə onun yaraları açılır, şiddətli ağrı verir. Yardımsevər şəxslərdən mənim övladıma dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (070) 614-80-71.

Kapital Bank: 4169 7388 3068 7087.