Azərbaycanın cənubunda zəlzələ olub

26
İyl
06:36
thumb_down 0

Azərbaycanın cənub hissəsində 3.1 maqnitudalı zəlzələ olub.

seher.media AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) məlumatına istinadən bildirilir ki, yeraltı təkanlar yerli vaxtla saat 05:20-də Yardımlı stansiyasından 24 km şərqdə, Lerik rayonunda qeydə alınıb.

Zəlzələ ocağı 17 kilometr dərinlikdə yerləşib və hiss olunmayıb.