Yakutiyada meşə yanğınlarının sahəsi milyon hektarı ötüb

28
İyl
14:18
thumb_down 0

Yakutiyada (Rusiya) meşə yanğınlarının sahəsi bir milyon hektarı ötüb.

seher.media mk.ru-ya istinadən xəbər verir ki, yanğınların söndürülməsinə iki minə yaxın insan cəlb edilib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hazırda Yakutiyada ümumilikdə 132 təbii yanğın hadisəsi qeydə alınıb.

Yanğınların söndürülməsi üçün nazirliyin aviasiyasından istifadə edilir. Havanın çirklənməsinin ölçülməsi davam etdirilir. Tüstü və ya dəm qazından zəhərlənmə halları qeydə alınmayıb.