Fransada dəmir yollarında təxribat törədənlərin kimliyi AÇIQLANIB

29
İyl
05:18
thumb_down 0

Fransada dəmir yollarında təxribatın "Anti-Olimpiya" qrupunun törətdiyi məlum olub.

seher.media xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb.

Müstəntiqlərin fikrincə, söhbət olimpiada fonunda respublikada sabitliyi pozmaq niyyətində olan ultrasolçu birliklərdən gedir.

Hazırda ən çox ehtimal olunan versiya ultrasolçularla əlaqəli etiraz hərəkatlarının koordinasiyalı hücumudur.

Oyunların açılışı günü Fransa Dəmir Yollarının (SNCF) obyektlərində bir neçə təxribat aktı baş verib. Atlantik, Şimal və Şərq xətlərində qatarların işində ciddi nasazlıqlar yaranıb. Sonradan məlum olub ki, sürətli elektrik qatarının (TGV) şəbəkəsi yanğınlar nəticəsində iflic olub.

Xatırladaq ki, hadisə iyulun 26-da baş verib. Nasazlıq 800 min sərnişinə təsir edib. Fransa Daxili İşlər Nazirliyinin rəhbəri Jerald Darmanen dəmir yollarının işini pozmaqda xarici qüvvələrin iştirak etdiyini təxmin edib.