ABŞ 87 tankını Polşaya göndərir

30
İyl
05:18
thumb_down 0

ABŞ NATO-nun şərq cinahının gücləndirilməsi çərçivəsində Almaniyadakı hərbi bazalardan zirehli texnika və artilleriya qurğularını Polşaya köçürür.

seher.media TASS-a istinadən xəbər verir ki, Polşanın mərkəzi hissəsindəki Povidz hərbi bazasına 87 tank, 150 piyada döyüş maşını və 18 özüyeriyən artilleriya qurğusu göndəriləcək.

Məlumata görə, NATO-nun şərq cinahını gücləndirmək üçün planlaşdırılan əməliyyatın bir hissəsi kimi texnikanın köçürülməsi sentyabrın sonuna qədər davam edəcək.

Qeyd edək ki, tikintisinə 2022-ci ilin yayında başlanılan Povidzdəki bazada ABŞ texnikası və sursatları üçün anbar 2025-ci ildə tam hazır olacaq.