Panama Venesuela ilə diplomatik əlaqələri kəsdi

30
İyl
08:54
thumb_down 0

Panama Prezidenti Xose Raul Mulino Venesuela ilə diplomatik əlaqələrin dayandırıldığını açıqlayıb.

seher.media TASS-a istinadən xəbər verir ki, bütün akkreditə olunmuş panamalı diplomatlar Bolivar Respublikasını tərk edəcəklər.

"Panama Venesueladakı vəziyyəti müzakirə etmək üçün Amerika Dövlətləri Təşkilatının Daimi Şurasının iclasını tələb edəcək", - o əlavə edib.

Qeyd edək ki, iyulun 28-da baş tutan seçki ilə Venesuela lideri Nikolas Maduro yenidən prezident seçilib. Lakin müxalifət və bəzi xarici ölkələr Maduronun qələbəsini tanımayıblar.