Venesuelada polislə etirazçılar arasında toqquşma olub

30
İyl
09:18
thumb_down 0

Venesuelada Nikolas Maduronun yenidən prezident seçilməsinə etiraz edən şəxslərlə polis arasında toqquşma olub.

seher.media xarici KİV-ə istinadən xəbər verir ki, Karakasda bir qrup gənc tərəfindən prezident seçkisini müşahidə etmək üçün ölkəyə gələn şəxslərə hücum etməyə cəhd olunub.

Etirazçılar hökumət əleyhinə şüarlar səsləndirib, hazırkı dövlət başçısı Nikolas Maduronu seçkinin nəticələrini saxtalaşdırmaqda ittiham edirlər.

Polislə iğtişaşçıların toqquşması nəticəsində 23 nəfər hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb.