Maskdan Durovun 100 uşağı olması ilə bağlı iddiasına reaksiya

30
İyl
10:36
thumb_down 0

ABŞ-li milyarder İlon Mask rusiyalı sahibkar Pavel Durovun 100-dən çox bioloji övladının olması xəbərinə zarafatla cavab verib. Mask bu rəqəmi "debütant səviyyə" adlandırıb.

seher.media bu barədə Ura.news-a istinadən xəbər verir.

"Debütant səviyyə" - Çingizxan", - deyə Mask sosial şəbəkə səhifəsində yazıb.

ABŞ-li milyarder zarafatla bu sitatın guya Monqol İmperiyasının banisi, əfsanəyə görə, 600-dən çox uşağı olan Çingizxana aid olduğunu göstərib.

Qeyd edək ki, "Telegram"ın yaradıcısı Pavel Durov etiraf etmişdi ki, onun 100-dən çox bioloji övladı var. Durovun xeyriyyəçilik fəaliyyəti 12 ölkədə yüzlərlə ailəyə uşaq sahibi olmağa kömək edib.