Tramp Federal Təhqiqatlar Bürosuna ifadə verəcək

30
İyl
11:18
thumb_down 0

ABŞ-nin keçmiş prezidenti Donald Tramp Pensilvaniyada ona qarşı sui-qəsd cəhdi ilə bağlı Federal Təhqiqatlar Bürosuna (FTB) ifadə verəcək.

seher.media-ın Gazeta.ru-ya istinadən xəbərinə görə, Tramp bu barədə "Fox News" telekanalına müsahibəsində məlumat verib.

"Avqustun 1-də sui-qəsd cəhdi ilə bağlı FTB-yə ifadə verəcəyəm", - deyə Tramp bildirib.

Xatırladaq ki, daha əvvəl qeyd edildiyinə görə, belə hallarda sui-qəsdə cəhd qurbanlarının ifadə verməsi adi prosedurdur, lakin qurban buna məcbur edilməməlidir.

Telekanalın məlumatına görə, atəş açan şəxs cinayəti törətməzdən əvvəl dövlət liderlərinə qarşı səs-küylü cəhdlər barədə informasiya toplayıb. FTB bildirib ki, silahlı şəxs 2023-cü ilin yazından bəri odlu silahlarla bağlı internetdə 25-dən çox alış-veriş edib, həmçinin əldəqayırma partlayıcı qurğuların hazırlanması üçün komponentlər alıb.

Donald Trampa qarşı sui-qəsd cəhdi iyulun 13-də Pensilvaniyada keçirilən mitinqdə baş verib. Siyasətçiyə yaxınlıqdakı binanın damında olan gənc bir neçə dəfə atəş açıb. Tramp yüngül yaralanıb, güllələrdən biri onun qulağına dəyib. Hücum edən şəxs hadisə yerində öldürülüb.