Maksim Qalkin Rusiya Ali Məhkəməsinə şikayət edib

30
İyl
11:54
thumb_down 0

Komediya aktyoru və parodiyaçı Maksim Qalkin Rusiya Ali Məhkəməsinə onun xarici agent statusunu ləğv etməkdən imtinası ilə bağlı şikayət verib.

seher.media xəbər verir ki, bu barədə TASS-a məhkəmədən məlumat verilib.

"Məhkəməyə Maksim Aleksandroviç Qalkinin birinci, apellyasiya və kassasiya instansiyası məhkəməsinin xarici agent statusunun götürülməsi tələbi ilə Ədliyyə Nazirliyinə qarşı iddiasının rədd edilməsi barədə qərarından şikayət daxil olub", - deyə agentlikdən bildirilib. Şikayətlə bağlı dinləmənin vaxtı hələ müəyyən edilməyib.

Qeyd edək ki, Qalkin 2022-ci ilin sentyabrında xarici agentlərin reyestrinə daxil edilib. Ədliyyə Nazirliyinin mövqeyinə görə, o, xarici təsir altındadır.