Türkiyə və Ermənistan rəsmiləri qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəliblər

30
İyl
15:36
thumb_down 0

Türkiyə və Ermənistan rəsmiləri diplomatik pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəliblər.

seher.media xəbər verir ki, bu barədə Türkiyə-Ermənistan normallaşma prosesi üzrə xüsusi nümayəndələrin görüşündə razılıq əldə edilib.

Bundan başqa, tərəflər həmçinin, Akyaka/Axurik dəmir yolu sərhəd qapısının regional inkişaflara uyğun olaraq istifadəyə veriləcəyi təqdirdə tələb olunacaq texniki ehtiyacları qiymətləndirmək barədə razılıq əldə edib.

Xatırladaq ki, xüsusi nümayəndələrin görüşü həm Ermənistan, həm dəı Türkiyə ərazisində keçirilib.

Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin görüşü sərhədin Türkiyə tərəfində davam etdirilir.

seher.media bu barədə "Sputnik" Ermənistana istinadən xəbər verir.

Qeyd olunur ki, görüşdən əvvəl Ruben Rubinyanla Serdar Kılıç təmir edilmiş Marqara keçid məntəqəsini gəziblər.

Ermənistan-Türkiyə sərhədində Ermənistan və Türkiyə xüsusi nümayəndələri - Ruben Rubinyanla Serdar Kılıç arasında sayca beşinci görüş keçirilir.

seher.media xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

Xatırladaq ki, Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı xüsusi nümayəndələrin əvvəlki görüş iki il əvvəl - 2022-ci il iyulun 1-də Vyanada baş tutub.