İran lideri Paris Olimpiadasının açılışında İsa peyğəmbərin təhqir edilməsini pisləyib

30
İyl
19:18
thumb_down 0

İranın rəhbəri və ruhani lideri Ayətullah Əli Xamenei bütün müsəlmanların İsa peyğəmbərə qeyd-şərtsiz ehtiramla yanaşdığını və İslam Respublikasının ona qarşı təhqirləri qəti şəkildə pislədiyini bildirib.

seher.media xəbər verir ki, bu barədə o özünün "X" hesabında yazıb.

"İsa Məsihə ehtiram müsəlmanlar üçün danılmaz, birmənalı məsələdir. Biz ilahi dinlərin müqəddəs şəxslərinə, o cümlədən İsa Məsihə qarşı bu təhqirləri pisləyirik", - o yazıb.

Xatırladaq ki, Oyunların açılış mərasimində təşkilatçılar Leonardo da Vinçinin "Sonuncu şam yeməyi" əsərinin təxribat xarakterli LGBT parodiyasını nümayiş etdiriblər.