Rusiyadan Haniyənin qətlinə reaksiya: "Gərginliyin daha da artmasına səbəb olacaq"

31
İyl
13:18
thumb_down 0

Fələstinin radikal HƏMAS qruplaşmasının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə Rusiya Xarici İşlər Nazirliyi münasibət bildirib.

seher.media "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiya XİN rəhbərinin müavini Mixail Boqdanov hadisəni pisləyib.

"Bu, qətiyyən qəbuledilməz bir siyasi qətldir və gərginliyin daha da artmasına səbəb olacaq", - deyə Boqdanov bildirib.

Qeyd edək ki, İsmayıl Haniyə Tehranda İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak edib. O, Tehrandakı iqamətgahına döndükdən sonra raket hücumu nəticəsində həyatını itirib.