Rusiyanın Böyük Qafqaz meşələrində güclü yanğın başlayıb

23
Avq
12:18
thumb_down 0

Rusiyanın Qaraçay-Çərkəz Respublikasının Teberda Milli Parkının ərazisində meşə yanğını başlayıb.

seher.media bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.

Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin məlumatında bildirilib ki, hazırda yanğın 15 hektar meşə ərazisini əhatə edir.

Yanğının söndürülməsi üçün əraziyə helikopterlərin cəlb olunacağı gözlənilir.