Serbiyada skuterin alışması altı nəfərin ölümünə səbəb olub

24
Avq
04:36
thumb_down 0

Serbiyada dördü uşaq olmaqla altı nəfər elektrik skuterinin alışması nəticəsində həlak olub.

seher.media xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Faciə Novi-Sad şəhərində baş verib.

"Bu səhər Corc Dere küçəsindəki evdə baş verən yanğında dörd uşaq daxil olmaqla altı nəfər ölüb", - deyə daxili işlər naziri İvitsa Daçiç bildirib.

Yerli hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin bütün detallarının müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirirlər.