Abşeronda qadın sirkə turşusu içib öldü

24
Avq
14:36
thumb_down 0

Abşeron rayonunun Qobu qəsəbəsində qadın intihar edib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, M.Muxtarova yaşadığı evin zirzəmisində xeyli miqdarda sirkə turşusu içib.

O, kəskin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Yaxınlarının dediyinə görə, bir müddət əvvəl müayinə zamanı M.Muxtarovaya beynin işemik xəstəliyi diaqnozu qoyulub. Həmin vaxtdan sonra onda psixi problemlər yaranıb.

Faktla bağlı araşdırma aparılıb.