Şəkidə maşın 37 yaşlı kişini vuraraq öldürüb

26
Avq
08:18
thumb_down 0

Şəkidə avtomobil 37 yaşlı kişini vuraraq öldürüb.

APA-nın məlumatına görə, hadisə avqustun 25-i axşam saat 23 radələrində Şəki-Qax avtomobil yolunun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan avtomobil 1987-ci il təvəllüdlü Samrat Şəhriyar oğlu Paşayevi vurub.

Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan S.Paşayev həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.