Bakıda kişi kəlmeyi-şəhadət gətirib özünü binadan atdı

15
Okt
23:25
thumb_down 0

Bakının Xətai rayonunda intihara cəhd hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə N.Tusi küçəsi, 43 ünvanında qeydə alınıb.

1997-ci il təvəllüdlü Emil İslam oğlu İsmayılov binanın 6-cı mərtəbəsinə çıxaraq özünü atıb.

O, aqonal vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.