ŞOK!!! Analıqları tərəfindən vandalizm qurbanı olan iki qız uşağı

18
Okt
16:45
thumb_down 0

Hər gün neqativ hallarla rastlaşırıq. Təəssüf hissi ilə bildirmək istəyirəm ki, bəzən elə hallarla rastlaşırıq ki, susa bilmirik. “SƏHƏRMEDİA” xəbər portalının redaksiyasına müraciət edən Xalidə Soltanəliyeva dünyasını dəyişən bacısının iki azyaşlı körpəsinin hazırda analığı tərəfindən incidildiyi bildirilir. Söhbət əsnasında məlum oldu ki, 8 yaşlı İbrahimova İlknur və bacısı 5 yaşlı Ülkər balamız bir vandalizmin qurbanına çevrilirlər. Şəkillərdən də aydın görünür ki, körpələr analıq tərəfindən şiddətə məruz qalır.

Ürək ağrıdan görüntülər cari ilin sentyabr ayında çəkilib. Qeyd edək ki, 2023-cü ilin fevral ayında eyni hal baş verən vaxt Xalidə xanım tərəfindən 102 xidmətinə müraciət olunub. Nəticədə körpələrə şiddət göstərən Cəmilə İbrahimovaya 6 aylıq ev dustaqlığı cəzası verilib. Uşaqların xalası uşaqlarla görüşdüyü gün 20 sentyabr 2024-cü il tarixində yenidən döyülən körpələrin hələdə şiddət altında böyümələrini görmüşdür. Bədənlərində olan göyərmə izləri uşaqların zorakılığa məruz qalmaları Xalidə xanımın hiddətləndirmişdir.

“SƏHƏRMEDİA” xəbər portalı olaraq, aidiyyatı qurumlardan bu məsələyə göz yummamalarını və ciddi tədbir görmələrini xahiş edirik. İki körpə qız uşağının analıqları tərəfindən şiddət altında böyümələri, zorakılığa məruz qalmaları dözülməz haldır.

Xalidə Soltanəliyevanın verdiyi müsahibəni olduğu kimi təqdim edirik: