İspaniyada iki sərnişin qatarı toqquşub: Yaralananlar var - FOTO/VİDEO

18
Dek
00:36
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniyada iki qatarın toqquşması nəticəsində 13 nəfər xəsarət alıb, iki nəfər xəstəxanaya yerləşdirilib.

Bu barədə dekabrın İspaniyanın yerli qəzetində məlumat yayılıb.

Qəza dekabrın 16-da saat 21:30-da (Bakı vaxtı ilə 21:30 – red.) Əndəlüsdə Malaqa və Sevilyanı birləşdirən ortamənzilli xətt üzrə El Çorro stansiyasında baş verib. Qatarlar yandan toqquşublar. Onlardan biri qismən relsdən çıxıb.

Ümumilikdə hər iki qatarda 253 sərnişin olub - bir qatarda 153, əks istiqamətdə gedən digər qatarda isə 100 nəfər olub.

Xəsarət alanlar arasında üç azyaşlı da var.

Mənbə: regnum.ru