İraqda hərbi helikopter qəzası: Polkovnik həlak oldu

19
Dek
09:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İraqda hərbi helikopter Salah-əd-Din əyalətinin Hilva hava limanından qalxarkən qəzaya uğrayıb.

Bu barədə İraq Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə zamanı helikopter heyətinin komandiri, aviasiya polkovniki Mərvan Cəlal həlak olub, pilot Əala Salman isə yaralanıb.

Hadisənin texniki nasazlıq səbəbindən baş verdiyi bildirilir.

Mənbə: INA