Dəniz daşdı, insanlar dalğayla sürükləndi: Kaliforniya təbii fəlakətin əsarətində - FOTO/VİDEO

29
Dek
18:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kaliforniyada əlverişsiz hava hökm sürür. Fırtına və daşqın zamanı səkkiz nəfər xəsarət alıb.

Bu barədə yerli hökumətdən xəbər verilib.

Bildirilir ki, təbii fəlakət nəticəsində yollar su altında qalıb, bəzi evlərə ziyan dəyib.

Sosial şəbəkələrdə bununla bağlı çoxlu görüntülər yayılıb. Kadrların birində dənizin daşması və həmin vaxt sahildə dayanan 20-yə yaxın insanı sürükləməsi əks olunub.

Mənbə: News.ru