İsrail parlamenti yeni XİN rəhbərinin təyinatını təsdiqlədi

2
Yan
01:36
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrail Knesseti (parlamenti) əvvəllər ölkənin Energetika Nazirliyinə rəhbərlik etmiş İsrael Katsın xarici işlər naziri vəzifəsinə təyin edilməsinə razılıq verib.

Qeyd edək ki, təyinat dərhal qüvvəyə minir.

Xatırladaq ki, Kats Nazirlər Kabinetinin 31 dekabr 2023-cü il tarixli qərarına uyğun olaraq, xarici işlər naziri vəzifəsində Eli Koeni əvəz edib. Sonuncu isə bundan sonra Energetika Nazirliyinə rəhbərlik edəcək.

Mənbə: TASS