NATO-nun qərargahında İsveç bayrağının qaldırılacağı tarix açıqlandı - FOTO

7
Mar
21:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

NATO-nun Brüsseldəki mənzil-qərargahında İsveç dövlət bayrağının qaldırılması mərasimi martın 11-də baş tutacaq.

Bunu NATO-nun baş katibi Yens Stoltenberq “X” sosial şəbəkə hesabında (keçmiş “Twitter”) bildirib.

“Artıq rəsmidir: İsveç NATO-nun 32-ci üzvü oldu. Bazar ertəsi NATO-nun mənzil-qərargahında İsveç bayrağının qaldırılması mərasimini səbirsizliklə gözləyirəm”, - o yazıb.